Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 80-220 sm olan 267 ədəd çətənə kolu aşkar olunub.
“Qafqazinfo” xəbər verir ki, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır
Son xəbərlər
Son Xəbərlər