“Altılıq” ərəfəsində son sınaq

altiliq-erefesinde-son-sinaq
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevral ayında qarlı hava şəraiti səbəbindən təxirə salınan tur “altılıq” mərhələsi ərəfəsində sonuncu olacaq.

Turun mərkəzi görüşündə “Bakı” ilə “Neftçi” üz-üzə gələcək. Çempionluğa iddialı komandalardan “Xəzər Lənkəran” səfərdə “Turan”ın qonağı olacaq. “İnter” isə Şəfa stadionnunda “Rəvan”la qarşılaşacaq.

7 mart

14:00. "Turan" - "Xəzər Lənkəran"
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
Tovuz. Şəhər stadionu.

Tovuzdakı oyunların balansı: 7 oyun: +1=1-5 (6-13).
2004/05 – 1:1, 2005/06 – 1:0, 2006/07 – 2:3, 2007/08 – 0:4, 2008/09 – 0:1, 2009/10 – 1:2 (təsnifat), 2010/11 – 1:2 (təsnifat).
İlk dövrədəki oyun – 1:3.

14:00. "Kəpəz" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 2 oyun: +0=2-0 (0-0).
2010/11 – 0:0 (təsnifat), 0:0 (“altılıq”).
İlk dövrədəki oyun – 0:2.

14:00. AZAL - "Sumqayıt"
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
Bakı. “AZAL Arena” stadionu.
Komandalar Bakıda ilk dəfə görüşəcək.
İlk dövrədəki oyun – 1:2.

14:30. "Qarabağ" - "Simurq"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
”Qarabağ”ın ev oyunlarının balansı: 5 oyun: +1=3-1 (6-7).
2006/07 – 1:1, 2007/08 – 2:2, 2008/09 – 0:2, 2009/10 – 0:0 (təsnifat), 2010/11 – 3:2 (təsnifat).
İlk dövrədəki oyun – 1:0.

15:00. "Bakı" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu.
“Bakı”nın ev oyunlarının balansı:
1997/98 – 1:1, 1998/99 – 1:1 (təsnifat), 1:3 (“altılıq”), 1999/00 – 0:2, 2000/01 – 0:2, 2003/04 – 2:5, 2004/05 – 2:0, 2005/06 – 2:2, 2006/07 – 0:1, 2007/08 – 5:1, 2008/09 – 2:0, 2009/10 – 0:2 (təsnifat), 1:1 (“altılıq”), 2010/11 – 0:2 (təsnifat), 0:1 (“altılıq”).
İlk dövrədəki oyun – 0:1.

16:00. "İnter" - "Rəvan"
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov
Bakı. "Şəfa" stadionu.
Komandalar “İnter”in meydanında görüşməyib.
İlk dövrədəki oyun – 2:1.


Ceyhun Əhmədov