“Altın Kelebek” təxirə salındı

altin-kelebek-texire-salindi
Oxunma sayı: 2407

Bu gün 46-cı dəfə keçirilməsi nəzərdə tutulan Türkiyənin məşhur “Altın Kelebek” mükafat mərasimi təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tədbiri təşkil edən “Hürriyet” qəzetinin baş redaktoru Ahmet Hakan məlumat verib. O, köşə yazaraq ötən gün Suriyanın İdlib ərazisinə hücum nəticəsində Türkiyənin 33 şəhid verdiyini, bu səbəbdən tədbirin təxirə salındığını bildirib.

Qeyd edək ki, Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, Pərvin Abıyeva və Oksana Rəsulova İstanbulda “Zorlu Center”də keçirilməsi planlaşdırılan tədbirdə iştirak etmək üçün Türkiyəyə yola düşmüşdülər.