Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan Rasim Abtalıb oğlu İsmayılov 6-cı mərtəbədən yıxılıb. Ehtiyatsızlıq səbəbindən mənzilin eyvanından yıxılan kişi ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər