Madaqaskarda ayın əvvəlindən müşahidə edilən “Alvaro” qasırğası nəticəsində 12 nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Risk və Fəlakət İdarəetmə Ofisi (BNGRC) açıqlama yayıb.
Bildirilib ki, yanvarın 8-nə qədər qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşdirilib. Təsirini ən çox ölkənin cənub-şərqində göstərən qasırğa nəticəsində ümumilikdə 6616 evi su basıb.
Qeyd edək ki, Hind okeanında ada ölkəsi olan Madaqaskarda yanvar ayında yağışlı mövsüm başlayır və aprel ayına qədər davam edir.
Son xəbərlər
Son Xəbərlər