Alves yenidən “Barselona”ya qayıtmaq istəyir

Alves yenidən “Barselona”ya qayıtmaq istəyir
Oxunma sayı: 1106

Braziliyalı müdafiəçi Dani Alves yanvar ayında İspaniyanın “Barselona” klubu ilə müqavilə bağlamaq arzusundadır.

“Qafqazinfo” “Esport3” telekanalına istinadən xəbər verir ki, o, az miqdarda əmək haqqına belə razıdır. Bildirilir ki, “Barselona” klubuna qayıtmaq Dani Alves üçün prioritet variantdır. 

38 yaşlı futbolçu sentyabr ayından klubsuz qalıb. Belə ki, Alves bu zaman 2019-cu ildən bu yana təmsil etdiyi “San-Paulu” klubu ilə müqaviləyə xitam verib. 

Qeyd edək ki, Dani Alves 2008-2016-cı illərdə “Barselona” klubunda çıxıb edib.