“Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyi Alxanlıdakı təxribatla bağlı müraciət ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən birlik Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində Sahibə və Zəhra Quliyevaların həlak olması, Quliyeva Sərvinazın ağır yaralanması ilə bağlı Avropa Parlamentinin üzvlərinə, Avropa Gənclər Paytaxtları şəbəkəsinə, Avropanın Gənclər Forumuna və nüfuzlu Avropa təşkilatlarına müraciət olunub
Müraciətdə Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətinin bir daha sübut etdiyi bildirilir və xahiş olunur ki müraciətin daha geniş dünya ictimaiyyətinə çatdırılmasında dəstəklərini əsirgəməsinlər.
Son xəbərlər
Son Xəbərlər