Bu illər ərzində Zəngəzur mahalı daxil olmaqla bütün işğal altındakı ərazilərimizin dünyaya tanıdılmasında bir çox əhəmiyyətli işlər görülüb. Bu ilin may ayında İstanbula və İzmirə səfər həyata keçirilib. Səfərlərdə Mina Qurbanlarına Dəstək İB - nin sədri Məmmədhəsən Həsənov, Milli Mədəniyyətin Təbliği İB - nin sədri Jalə Cəfərova, Qarabağ Veteranları və Əlilləri İB-nin sədri Növrəstə Yusifova və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli iştirak ediblər. Türkiyənin Dənizli, İzmir, Pamukkale bölgələrində yerli əhali ilə, həmçinin Türkiyə qaziləri ilə 10 - a yaxın yüksək səviyyəli görüşlər keçirilib. J. Cəfərova İstanbulda Aydın Universitetində təşkil olunmuş bir neçə tədbirdə iştirak edib. Mətbuat konfransında J. Cəfərova 2015-ci ildə C. Naxçıvanski adına hərbi liseydəki uğurlu tədbirlərdən danışıb. Bildirib ki, bu il alyans hərbi liseydə 20 yanvar faciəsi, 26 fevral Xocalı soyqırımı və Novruz bayramı ərəfəsində üç böyük tədbir keçirib. Hərbi liseyin rəisi Mirzə Almasov tərəfindən alyans üzvlərinə fəxri fərmanlar təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər