Alyaska sahillərində güclü zəlzələ

alyaska-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 2270

ABŞ-ın Alyaska ştatının sahillərində 5,5 bal gücündə zəlzələ olub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 26 kilometr cənubda, ocağı isə 44 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.