Alyaska silkələndi

alyaska-silkelendi
Oxunma sayı: 942

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib. “Qafqazinfo” bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat verib.

Yeraltı təkanların episentri Ferbanks şəhərindən 475 kilometr şimali-qərbdə olub. Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya xəsarət alanlar haqda məlumat verilmir.