ABŞ-ın Alyaska ştatının mərkəzi hissəsində 6.1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat verib.
Zəlzələnin episentri Çikalun şəhərindən 76 km şimalda yerləşib, hiposentri isə 58 km dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, ölən və yaralanan yoxdur.
Son xəbərlər
Son Xəbərlər