“Qafqazinfo”nun məlumatına görə, “ATV maqazin” verilişinə açıqlamasında xalq artisti ən böyük arzusu Təhminə obrazını canlandırmaq olduğunu və bu istəyini həyata keçirəcəyini bildirib:
“Anarın “Təhminə və Zaur”u ürəyimdə qalıb. Oradakı obrazları canlandıran ilk dəfə Fuad Poladovla mən olmuşam. Zaqafqaziya Teatr Festivalında bu obrazlarımıza görə mükafat aldıq. Film çəkilməzdən əvvəl Rasim Ocaqov beş dəfə gəlib tamaşalara baxdı, amma məni sınağa dəvət etmədi. Türkiyədə olarkən Ocaqov mənə dedi ki, sən böyük sənətkarsan. Dedim səndən incimişəm, tamaşalara o qədər gəldin, amma heç sınağa da dəvət etmədin. Dedi orada açıq-saçıq səhnələr vardı, sənə deməyə qorxdum. Dedim onun da həllini tapardıq, istedadlı ifadan çox şey asılıdır. Filmin davamını özüm çəkəcəm. Tərəf müqabilim Zauru da seçəcəyik. Bu obazları Fəxrəddin Manafov, Fuad Poladov, Füzuli Hüseynov canlandırsa da, onların heç birini film üçün seçmərəm. Çünki Zaur Təhminədən gəncdir. Burada baş verənləri hər dövrdə fərqli yozmaq olar. Əsər çox gözəldi. Oradakı faciəni fərqli təqdim etmək lazımdır”.
Son xəbərlər
Son Xəbərlər