“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda “Xətai” ticarət mərkəzinin tikintisi ilə bağlı şahidlər dindirilib.
2001-2007-ci illərdə “Xudafərin MMC”-in direktoru olan İslah Əhmədov ifadəsində bildirib ki, müştərilərdən alınan pul tikintiyə sərf olunub. Binanın nə vaxt istifadəyə verilməsi ilə bağlı müştərilərə vaxt deyilməyib.
“Dan ulduzu”ansamblının bədii rəhbəri Tariyel Abbasov, sürücü işləyən Akif Əliyev, Emin Mehdiyev, Eldar Hüseynov, Ehtiram Həsrətov, Əhməd Qələndərli, “AMAY”da satıcı işləyən Rəhman Ağalarov və Nazim Fərəcov şahid qismində ifadə verərək bildiriblər ki, öz adlarına şirkət yaradıb külli miqdarda kredit götürüblər, həmin pullar “A.M.A.Y”ın tikintisinə sərf olunub və bütün kreditlər ödənilib.
Şahid N.Fərəcov deyib ki, keditlərin bu formada ayrılması təklifi “Texnibank”ın rəhbəri Etibar Əliyev tərəfindən verilib.
Növbəti məhkəmə iclası sabaha təyin olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər