Amay Ticarət Mərkəzində yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə foto və videolar paylaşılıb.
***
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın artıq söndürülüb.
***
Yanğın baş verən zaman ofisdə işçilər olub. Onlar təcili tibbi yardım maşınlarında xəstəxanaya aparıblar.
Qeyd edək ki, ASAN xidmət də AMAY-da fəaliyyət göstərir və yanğın onlardan bir mərtəbə yuxarıda baş verib. ASAN xidmətdən bildirilib ki, onlara ziyan dəyməyib: "İşçilər binadan çıxarılıb və bu gün mərkəz fəaliyyət göstərməyəcək".
***
ASAN xidmət də yanğınla bağlı məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, 2 saylı "ASAN xidmət" mərkəzinin yerləşdiyi inzibati binada baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq, mərkəz bugünlük öz fəaliyyətini dayandırır.
Bakı şəhərində yerləşən digər mərkəzlərimizə müraciət edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər