“AMAY”dakı yanğınla bağlı rəsmi- - Məlumat

amaydaki-yanginla-bagli-resmi-
Oxunma sayı: 1270


“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanıb, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri əriyib. Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyyə olunub. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.