AMEA-dan ciddi təhlükə barədə- - Xəbərdarlıq...

amea-dan-ciddi-tehluke-barede-
Oxunma sayı: 2365


Azərbaycanda isə bu sahədə qanunvericiliyin formalaşmaması transgen məhsullardan istifadəyə nəzarəti bir qədər çətinləşdirir. GMO orqanizmlərin və onlardan alınan məhsulların insan orqanizminə təsiri hələ tam öyrənilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu virtualaz.org saytına Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildiriblər.

Xəbərdə deyilir ki, GMO məhsullarının orqanizmlərdə törətdiyi allergik reaksiyalar, immun sisteminin zəifləməsi, antibiotikə davamsızlıq, insan sonsuzluğu, qadın genlərinin çoxalması və digər dəyişikliklər son vaxtlar daha çox müşahidə olunur. Buna görə də AMEA genetik modifikasiya olunmuş orqanizmlər, ərzaq və qida təhlükəsizliyinin hüquqi tənzimlənməsi istiqamətində tədqiqatlar aparır.

“Hazırda dünyada gen mühəndisliyi və genetikanın sürətli inkişafı ilə əlaqədar genlərin bir orqanizmdən digərinə köçürülməsini tənzimləməyə yönəldilmiş qanunvericilik normalarının zənginləşdirilməsi və tətbiqi aktualdır. Azərbaycan  Kartagen protokoluna qoşulmaqla GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmaması, ölkənin ekologiyası və biomüxtəlifliyinə vurulan ziyanın, həmçinin onlardan kommersiya məqsədilə istifadənin qarşısının alınması üçün öhdəliklər götürüb. Amma GMO məhsulların yayılmasını məhdudlaşdıran qanun hələ də yoxdur. Avropa İttifaqı məhsulların tərkibində GMO-nun limitini 0,9 faiz təyin edib” - deyə AMEA-dan bildirilib.