AMEA-dan Tarix İnstitutunun səhvi ilə bağlı- - Açıqlama

amea-dan-tarix-institutunun-sehvi-ile-bagli-
Oxunma sayı: 2005


"Qafqazinfo" xəbər verir ki, institutdan anspress-ə verilən məlumata görə, Tarix İnstitutu bəzi elektron KİV-lər tərəfindən onların saytına istinadla Ağdam və Ağdərə rayonlarının işğalı ilə bağlı verilən məlumatı qəbul etmir: 

“İnformasiya agentliklərinin diqqətinə çatdırırıq ki, saytın müvafiq bölmələri üzərində iş gedir və bu barədə həmin səhifədə bölmə üzərində iş getdiyi qeyd olunub. Üzərində iş gedən dəqiqləşdirilmiş məlumat 20 sentyabr 2014-cü ildə saytın texniki xidmətçilərinə göndərilsə də, onun əvəzində texniki işçilər yanlış baneri İnstitutla razılaşdırmadan saytda yerləşdiriblər”.

İnstitutdan qeyd edilib ki, Ağdərə rayonunun işğalı 7 iyul 1993-cü il tarixdə deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərdə baş verib. Bu barədə “Azərbaycan” qəzetinin 29 mart 1997-ci il tarixli sayında da məlumat verilib: “İctimaiyyətin nəzərinə çatdırırıq ki, bölmə üzərində iş getdiyinə görə Tarix İnstitutu göstərilən məlumatı rəsmi olaraq sayta qoymayıb”.