Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən AMEA əməkdaşı Arifə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. A.Cahangirova AMEA-da dizayner işləyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Məhkəmə prosesi fevralın 17-də davam etdiriləcək.
Qeyd edək ki, 1973-cü il təvəllüdlü A.Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə bacılardan 87 min manat alıb qaytarmayıb.
Son xəbərlər
Son Xəbərlər