AMEA Mərkəzi Elmi Kitabxanasında seminar

amea-merkezi-elmi-kitabxanasinda-seminar
Oxunma sayı: 967


“Qafqazinfo”nun məlumatına görə, AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan kitabxanaşünaslığında prioritet məsələ - kitabxana innovatikası, müasir vəziyyəti, inkişaf perspektivləri” və “Kitabxanalarda marketinq şöbəsinin təşkili” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova açaraq iştirakçılara seminar haqqında ətraflı məlumat verib. Kitabxananın inkişafında müasir və sınanmış üsullardan istifadə edildiyini bildirən direktor müavini bu işdə gənclərin müstəsna inkişafından söz açıb. 

Daha sonra məruzə üçün söz Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, doktorant Nərminə Abdullayevaya verilib. Məruzəçi müasir kitabxanaların inkişaf strategiyası qismində kitabxana işinin innovativ idarə olunması konsepsiyasından və kitabxana fəaliyyətinin informasiya – kommunikasiya texnologiyalarına əsaslanan müasir vəziyyətini əks etdirən amillərdən bəhs edib. 

MEK-in Kitabxanaşünaslıq şöbəsinin müdiri, dissertant Kəmalə Məmmədova  da məruzə ilə çıxış edərək, kitabxanalarda marketinq yönümlü struktur dəyişikliklərinin aparılmasını təklif  kimi irəli sürüb və bunun mövcud iqtisadi şəraitdə aktuallığını diqqətə çatdırıb. 

“Bu səbəbdən də yaxın gələcəkdə bəzi elmi kitabxanalarda eksperiment olaraq marketing istiqamətli şöbələrin yaradılması məqsədə uyğundur” - deyə, vurğulayan şöbə müdiri bu istiqamətdə bir sıra təkliflər də verib.