AMEA-nın 41 yaşlı alimi vəfat etdi - Yenilənib

amea-nin-41-yasli-alimi-vefat-etdi
Oxunma sayı: 11650

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli vəfat edib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dünyasını dəyişib.  

E.İsgəndərlinin dostları bildirib ki, o, təzyiq problemi yaşayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Hüquq-mühafizə orqanlarından verilən məlumatda E.İsgəndərlinin intihar etdiyi deyilsə də, yaxınları bu məlumatı təkzib edib. Mərhumun xəstəlik səbəbindən vəfat etdiyini bildiriblər. 

Nizam Rza