AMEA-nın professoru polisə müraciət etdi - “Adımdan 45 min avro alıblar”

amea-nin-professoru-polise-muraciet-etdi
Oxunma sayı: 4842

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlu (Vəlizadə) polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, İslam Məmmədov adlı şəxsin onun adından isifadə edərək 45 min avro pul aldığını bildirib.

Xəbəri rus dilində oxuyun: На Нариманово начитается новый образ жизни - “City Garden Narimanov”!

R.Novruzoğlu qeyd edib ki, həmin şəxslə xeyli müddət birlikdə işləyib, rəhbərlik etdiyi qəzetdə çalışıb. 2018-ci ildə R.Novruzoğlu xarici vətəndaş olan şəxsin elmi dərəcə almasına yardım edəcəyini bildirdikdən sonra İ.Məmmədov onun adından istifadə edərək əcnəbi vətəndaşdan 45 min avro alıb. Bundan xəbəri olmayan Rövşən Novruzoğlu xeyli vaxt sonra İslamın onun adından külli miqdarda pul almasını öyrənib. Geridə qalan müddətdə İ.Məmmədov R.Novruzoğluna pulun bir hissəsini qaytaracağını desə də, vədinə əməl etməyib.

Tanınmış alimin müraciəti ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

R.Novruzoğlu “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib və İslam Məmmədovun uzun müddət onunla ünsiyyətdən yayınaraq gizləndiyini bildirib.

Nizam Rza