AMEA-nın vəzifəli şəxsi barədə məhkəməyə müraciət edildi

amea-nin-vezifeli-sexsi-barede-mehkemeye-muraciet-edildi
Oxunma sayı: 3118

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı barəsində cinayət işi başlanılması üçün məhkəməyə müraciət edilib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Ədalət Ətayi barəsində xüsusi ittiham qaydasında Şamaxı rayon Məhkəməsinə şikayət edilib.

Fəlsəfə doktoru haqda Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət işi başlanılması istənilir.

Müraciət hakim Etibar Hümbətovun icratına verilib.