AMEA-nın vitse-prezidenti institut direktoru oldu

amea-nin-vitse-prezidenti-institut-direktoru-oldu
Oxunma sayı: 2754

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutuna direktor seçilib.

“Qafqazinfo” xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün səsvermə yolu ilə bölmənin Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə seçki keçirilib.

Gizli səsvermənin nəticələrinə görə, Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev seçilib.