“AMEA universitet olsun, başına gənc kadr gətirilsin”

amea-universitet-olsun-basina-genc-kadr-getirilsin
Oxunma sayı: 4901

Parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev iki təkliflə çıxış edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Q.Həsənquliyev AMEA və Attestasiya Komissiyasının ləğv edilməsini istəyib:

“Ali Attestasiya Komissiyası sovet dövründən qalıb, dünyanın heç bir yerində belə qurum yoxdur. Buna görə də ləğv olunmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası da sovetlərdən qalıb. Heç bir ciddi uğurları yoxdur. Oranı müasir özəl üniversitetə çevirib, başına da gənc kadr qoyulmalıdır. Biz ciddi islahatlara getməliyik”.