AMEA-ya vitse-prezident seçildi

amea-ya-vitse-prezident-secildi
Oxunma sayı: 2395

Mayın 1-də Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

“Qafqazinfo” xəbər verir ki, akademiyanın 58 həqiqi üzvü arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, akademik Rasim Əliquliyev 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. O, 2013-cü ildən bugünədək AMEA-nın akademik-katibi vəzifəsində çalışıb.