AMEA yay məktəbi yekunlaşdı

amea-yay-mektebi-yekunlasdi
Oxunma sayı: 733


“Qafqazinfo”ya daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə institutun alimləri ilə yanaşı, Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (İnalco – İnstitut National des Langues et Civilisations Oientales) tədqiqatçıları da  məruzə ilə çıxış ediblər.

Rusiya Pyotr Akademiyasının müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasovun məruzəsi mürəkkəblik fəlsəfəsi postneoklassikanın metonəzəri əsasi mövzusunu əhatə edib.

Fransız alimlərindən professor Xavier Latour dünyada baş verən terror aktlarına qarşı mübarizə üsullarından danışıb.

Tədbirin davamında mövzular ətrafında fikir mübadiləsi aparılıb.