“American Express”in prezidenti öldü

american-expressin-prezidenti-oldu
Oxunma sayı: 775


AzNews.az xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Məlumata görə, ölüm hadisəsi özəl təyyarədə qeydə alınıb. Onun ürəyi Yaponiyanın paytaxtı Tokio şəhərindən Nyu-Yorka qayıdarkən yolda dayanıb. 

Bu faktı şirkətin baş direktoru Kennet Şeno təsdiq edib: “Edlə çalışanlar üçün bu, çox ağır və qəbuledilməyən bir itki oldu”. 

Qeyd edək ki, Ed Qilliqan bu şirkətdə 35 ildir ki, çalışır. O, 2003-cü ildə prezident vəzifəsinə seçilmişdi.