Amerika diplomatlarını Ukraynadan çıxarır

amerika-diplomatlarini-ukraynadan-cixarir
Oxunma sayı: 1577

ABŞ Ukraynadakı səfirliyinin əməkdaşlarını təxliyə etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Associated Press” (AP) Agentliyi yayıb. 

Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamenti fevralın 12-si öz diplomatik missiyasının əməkdaşlarına Ukraynanı tərk etmək lazım gəldiyini bildirəcək. Buna səbəb olaraq isə Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşdığı iddia edilir. 

Bununla yanaşı, agentliyin mənbələri bildirib ki, az sayda amerikalı diplomat Ukraynada qalacaq. Lakin onlar da qərbə-Ukraynanın Polşa ilə sərhədinə köçürüləcəklər.