Amerika hərbi təyyarələri Çində

amerika-herbi-teyyareleri-cinde
Oxunma sayı: 1848

Amerika hərbi təyyarələri Çinə təhlükəli manevr edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə CNN İnternational məlumat yayıb. Məlumatda  bildirilir ki, Amerikanın B-52 hərbi təyyarəsi Cənubi Çin dənizinə daxil olub. Çinin nüvə silahı istehsal etdiyi bazasının üstündən keçib. 

Qeyd edək ki, ölüm qusma aparatı olaraq bilinən B-52-lər tonlarca bomba götürmək qabiliyyətinə malikdir. Amerikanın ən böyük strateji bombardman təyyarələrindən biridir. 

Rəsmi Pekin isə bu addəmı əngəlləmək üçün  heç bir addım atmayıb. 

Beynəlxalq kanallar həmçinin Yaponiyaya aid F-15  savaş təyyarələrinin də Amerikaya dəstək üçün prosesə qoşulduğunu qeyd edirlər. 

Xatırladaq ki, Çin ordusu iki həftə bundan qabaq Cənubi Çin dənizində tarixinin ən böyük hərbi təlimini etməklə Amerikaya göz dağı vermişdi.