Amerika kubokunun ikinci finalçısı da müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, yarımfinalda Argentina millisi Kolumbiya ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Argentina yığması daha dəqiq olaraq finala yüksəlib.
Argentina – Kolumbiya – 1:1 (Penaltilər - 3:2)
Qollar: Martines, 7 (1:0), Dias, 61 (1:1)
Argentina yığması iyulun 11-də keçiriləcək finalda Braziliya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 04:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər