“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq sosial şəbəkələrdə Klrintonun seçkiqabağı video müraciəti də yayılıb. Ekspertlər 2007-ci il video çarxından fərqli olaraq budəfəki müraciətin uğurlu alındığını hesab edirlər. Hillari Klinton əsas seçiciləri kimi isə gənc anaları hədəf alıb: “Amerika hər gün liderlərə ehtiyac duyur və mən həmin lider ola bilərəm”.
Qeyd edək ki, Klintonun seçkilərə qatılacağını bilən Obama onun namizədliyini dəstəklədiyini açıqlamışdı. Lakin respublikaçılar sərt şəkildə buna etirazlarını bildirdilər, hətta sosial şəbəkədə “Hillarini dayandırın”şüarı ilə kampaniyaya başlayıblar.
Son xəbərlər
Son Xəbərlər