ABŞ prezidenti Donald Tramp Rayns Pribusu "Ağ Ev" heyətinin rəhbəri postundan istefaya göndərib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Amerika lideri bu vəzifəyə milli təhlükəsizlik naziri Con Kellini təyin edib.
Bu barədə o, Tvitter mikrobloqunda yazıb: “Mən sizə böyük məmnuniyyətlə məlumat vermək istəyirəm ki, general Con Kellini Ağ Ev heyətinin rəhbəri təyin etmişəm”.
Son xəbərlər
Son Xəbərlər