“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.
Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.
Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri Ziya Sayed və siyasi məsələlər üzrə müşavir xanım Syusan Çesli iştirak edib.
Son xəbərlər
Son Xəbərlər