Amerika Türkiyənin xeyrinə qərar verdi

amerika-turkiyenin-xeyrine-qerar-verdi
Oxunma sayı: 637

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "CNN Türk" telekanalı xəbər yayıb.

Üç ilə yaxın davam edən proses məhkəmənin "bu məsələ siyasi məsələdir, məhkəməlik deyil" qərarı ilə yekunlaşıb. Beləliklə, erməni əsilli ABŞ vətəndaşları bu məhkəmə işini uduzublar.
Xatırladaq ki, 2010-cu ilin dekabrında ABŞ-da yaşayan bir qrup erməni Türkiyə hökümətinə qarşı iddia irəli sürüb. İddiaçılar onların ulu babaları tərəfindən itirilən əmlak üçün Türkiyə hökumətindən 100 milyon ABŞ dolları həcmində kompensasiya tələb ediblər. İddiaya görə, guya Adanada, hazırda Amerika hərbi bazasının yerləşən "İncirlik" ərazisinin də daxil olduğu 49,5 hektar torpaq ərazisi onların babalarına məxsus olub.