Amerika Ukrayna məsələsi ilə bağlı təcili iclas istəyir

amerika-ukrayna-meselesi-ile-bagli-tecili-iclas-isteyir
Oxunma sayı: 981

ABŞ yanvarın 31-i Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild açıqlayıb. 

Onun sözlərinə görə, Amerika tərəfi Rusiyanın Ukraynaya qarşı təhdidedici davranışını, eləcə də Ukrayna və Belarus sərhədində rus qoşunlarının toplanmasını müzakirə etmək niyyətindədir.