Amerikada iğtişaşlarda 1400-ə yaxın insan saxlanılıb

amerikada-igtisaslarda-1400-e-yaxin-insan-saxlanilib
Oxunma sayı: 860

ABŞ-da polis tərəfindən öldürülən Corc Floyda görə davam edən iğtişaşlar zamanı 1383 insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, mayın 28-dən etibarən başlayan etirazlarda ümumilikdə 1383 etirazçının saxlanıldığı dəqiqləşdirilsə də real rəqəmin daha çox ola biləcəyi bildirilib.

Qeyd edək ki, Minneapolisdə qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın fərqli ştatlarının bir çox şəhərlərində iğtişaşlar baş qaldırıb.