Xəbər verdiyimiz kimi, dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötüb.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyanın 210 ölkəsində 3 065 156 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 922 mini, ölənlərin sayı isə 211 mini keçib.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayından təqribən 3 dəfə çoxdur.
Belə ki, ölkədə 494 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 17-nin vəziyyəti ağır, 26-nın orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 22 nəfər virus səbəbindən həyatını itirib, 1162 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə yoluxma halı milyonu keçib. İspaniyada sağalanların sayında müsbət dinamika müşahidə olunur. Avropada ən çox sağalma halı bu ölkədədir: 120 min. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 27 minə çatır.
Qonşu Türkiyədə yoluxma sayı artıq 112 mini keçib. İranda koronavirusdan sağalanların sayı hər ötən gün daha da artır. Ölkədə 71 minə yaxın xəstə sağalıb. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 38 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər