Amerikalı aktrisa, “Oskar”, “Emmi” və “Qızıl qlobus” mükafatlarının sahibi Kloris Liçmen yanvarın 27-də 94 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” bildirir ki, bu barədə “Reuters” agentliyi aktrisanın menecerinə istinadən xəbər verib.
Onun məlumatına görə, aktrisa ABŞ-ın Ensinitas şəhərindəki (Kaliforniya ştatı) evində vəfat edib. Ölüm təbii səbəblərdən baş verib.
Qeyd edək ki, K. Liçmen 50-dən çox filmdə çəkilib. O, “Sonuncu kino seansı” (1971) filmində “ən yaxşı ikinci plan roluna görə” “Oskar”a layiq görülüb, doqquz dəfə “Emmi”, həmçinin “Qızıl qlobus”la təltif edilib.
Son xəbərlər
Son Xəbərlər