Amerikalı aktrisa Siseli Tayson 96 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” bildirir ki, bu barədə “Associated Press” (AP) agentliyi aktrisanın nümayəndəsinə istinadən xəbər verib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, S.Tayson 1924-cü ildə ABŞ-da anadan olub. O, film və seriallarda, o cümlədən SSRİ-ABŞ istehsalı olan “Göy quş” musiqili kinolentdə (1976), “Ev qulluqçusu” filmində (2011), “Qətlə görə cəzadan necə qaçmalı” serialında (2014-2020) çəkilib. Dəfələrlə "Oskar" mükafatına namizəd olub, iki dəfə “Emmi” mükafatına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər