Amerikalı aktrisa vəfat etdi

amerikali-aktrisa-vefat-etdi
Oxunma sayı: 2003

Məşhur amerikalı aktrisa və müğənni Dayan Keroll dünyasını dəyişib.

“Qafqazinfo”nun “Daily Mail”ə istinadən məlumatına görə, o, 84 yaşında vəfat edib.

Qeyd edək ki, D. Keroll “Klodin” filmindəki baş roluna görə “Ən yaxşı qadın obrazı” nominasiyasında “Oskar”a namizəd olmuşdu. Bütün karyerası boyu o, beş dəfə “Emmi”yə, üç dəfə isə “Qızıl qlobus”a namizəd olub. 1990-cı ildə aktrisaya Hollivud Şöhrət xiyabanında ulduz həsr edilib.