Amerikalı aktyorla həyat yoldaşı koronavirusa yoluxdu

amerikali-aktyorla-heyat-yoldasi-koronavirusa-yoluxdu
Oxunma sayı: 2805

Amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxublar. “Qafqazinfo” bildirir ki, bu barədə aktyor özü məlumat verib.

“Salam, dostlar. Rita və mən indi buradayıq, Avstraliyada. Biz özümüzü bir qədər yorğun hiss etdik, bir də bədəndə ağrı yaranmışdı. Ritada zaman-zaman titrəmə olurdu. Hər şeyi doğru etmək üçün bizi koronavirusa görə yoxladılar və nəticə müsbət oldu”, - o, Tvitterdə yazıb.

Qeyd edək ki, Tom Henks “Böyük”, “Forest Qamp”, “Sıravi Rayanı xilas etmək” və s. filmlərdə rol alıb. 2016-cı ildə ABŞ Prezidenti Barak Obama Henksi Prezidentin Azadlıq medalı ilə təltif edib.