Amerikalı alimlər təsdiqlədi - Mobil telefon xərçəng yaradır

amerikali-alimler-tesdiqledi
Oxunma sayı: 2073

Həyatımızın bir parçasına çevrilən mobil telefonlar xərçəng xəstəliyi yaradır.

Qafqazinfo” xəbər verir ki, Amerikanın Səhiyyə Nazirliyinə bağlı olan Milli Toksikoloji Proqramının alimləri cib telefonlarının insan sağlamlığına hansı formada təsir etdiyini öyrənmək üçün iki ildən artıq 2500-dən çox siçan üzərində tədqiqat aparıb. Bu zaman təcrübə siçanları cib telefonlarının yaydığı fərqli radio tezliyinə məruz qoyulub. Tədqiqatlar zamanı erkək cinsli siçanların beyinlərində və ürəklərində iki növ şişə rast gəlinib. Dişi siçanlarda isə heç bir neqativ hal qeydə alınmayıb.

Qeyd edək ki, sözügedən araşdırmaya 25 milyon dollar xərclənib.

Aysel Kərimova