Azərbaycan Dili və Əlifbası Günü münasibətilə ABŞ-nin ölkəmizdəki səfirliyində çalışan amerikalılar və onların ailə üzvləri bizim dilimizdə öz bacarıqlarını nümayiş etdiriblər.
“Qafqazinfo” xəbər verir ki, amerikalı diplomatlar videoçarxda hər kəsi təbrik edərək Nizami Gəncəvinin dilini yad etdiklərini bildiriblər.
Bundan əlavə qeyd olunub ki, səfirliyin bütün diplomatları və onların ailə üzvləri Bakıya gəlməzdən öncə Azərbaycan dilini öyrənirlər.
Daha sonra onlar Azərbaycan dilində yanıltmaclar söyləyiblər.
Həmin videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər