Amerikalı həmsədrdən Əliyev-Sarkisyan görüşü ilə bağlı - Açıqlama

amerikali-hemsedrden-eliyev-sarkisyan-gorusu-ile-bagli
Oxunma sayı: 1800

“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə irəliləyiş gözləyir”.

“Qafqazinfo” rus KİV-ə istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Həmsədr “ Vyanada və Peterburqda keçirilən görüş Azərbaycan-Ermənistan təmas xəttində gərginliyin azaldılmasında, nisbi sabitliyin təmin edilməsində rol oynadı. Biz növbəti görüşlərin irəliləyiş əldə olunmasına kömək edəcəyini gözləyirik. Atəşkəs rejiminin qorunması barədə tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklərinə ümid edirik. Hər iki tərəf arasında gərginliyin azaldılması üçün danışıqlarda irəliləyiş əldə olunması zəruridir”- deyib.

Aysel Kərimova