“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qaçqınkom”un sədri və baş nazirin müavini işləyən Əli Həsənov deyib. O, həmin hücumu Ermənistan rəhbərliyinin təşkil etdiyinə əmin olduğunu bildirib:
“Başqa cür mümkün deyil. Fransa prezidenti də Bakıya səfəri zamanı qarşılıqlı etimad məsələsimdən danışdı. Ancaq bu prinsipləri həmişə Ermənistan pozub. Ermənilər nə qədər tez işğal etdiyi torpaqlarımızdan çıxsalar bu onların xeyrinə olar. Ümid edirəm ki BMT-nin nümayəndəsi Şarloke Biyani gördüklərini hesabata salacaq. Biz beynəlxalq təşkilatlardan sadəcə obyektiv yanaşma gözləyirik. BMT-dən də tələbimiz var. Təhlükəsizlik şurasının qəbul etdiyi qərarları zəhmət çəksin həll etsin”.
Günel
Son xəbərlər
Son Xəbərlər