Venesuela hökumət nümayəndələri amerikalı jurnalist Kodi Vedli Karakasda həbs edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” xəbər yayıb. 29 yaşlı Vedli Karakasda 2014-cü ildən azad jurnalist kimi çalışır və müxalifət lideri Xuan Quaydonun paytaxta qayıdış mərasimini işıqlandırıb. Venesuela Jurnalistlər Birliyindən Vedli və onun həmkarı Karlos Kamaçonun da saxlanıldığı bildirilib.
Florida ştatının senatoru Rik Skott jurnalistin həbsinin “qəbuledilməz” olduğunu bəyan edib. “Onu dərhal azad etmək lazımdır. ABŞ bu hədə-qorxuya dözməyəcək”, -deyə senator Tvitter səhifəsində yazıb.
***
TASS agentliyinin məlumatına görə, polislər tərəfindən Vedli və Kamaço 12 saat dindirildikdən sonra ölkədən deportasiya ediliblər.
Son xəbərlər
Son Xəbərlər