Amerikalı müğənni koronavirusdan vəfat etdi

amerikali-mugenni-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 1255

Amerikalı müğənni Con Prayn koronavirusdan vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

73 yaşlı Prayn martın 26-da COVID-19 respirator xəstəliyinin simptomları ilə Neşvill şəhərində xəstəxanaya yerləşdirilmişdi. Müğənni infeksiyanın yaratdığı ağırlaşmalar nəticəsində həyatını itirib.

“Rolling Stone” xəbər verir ki, Con və onun həyat yoldaşı Fionanın koronavirus testinin müsbət nəticə verməsi hələ martın 17-də məlum olmuşdu.