Amerikalı müğənni vəfat etdi

amerikali-mugenni-vefat-etdi
Oxunma sayı: 1858

Amerikalı müğənni Barrett Stronq yanvarın 29-da dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Motown Records” səsyazma kompaniyasının muzeyi tviterdə bildirib.

O, 81 yaşında vəfat edib.

Qeyd edək ki, Stronq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda “Money” mahnısını yazdırıb. Sözügedən mahnı bir müddət sonra rok klassikasına çevrilib. Onu “The Beatles” və “The Rolling Stones” kimi qruplar da ifa edib. 2011-ci ildə “Rolling Stone” jurnalı kompozisiyanı bütün dövrlərin ən yaxşı 500 mahnısı siyahısında 294-cü yerə layiq görüb.