Amerikalı repçi və aktyor DMX infarkt keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən repçinin həyatını xilas etmək mümkün olmayıb.
Rep musiqisinin tanınmış simalarından olan DMX 50 yaşında ölüb. Öz adı Earl Simmons olan musiqiçi infarkt keçirdikdən sonra Nyu-Yorkda bir xəstəxanaya yerləşdirilmişdi.
“Grammy”yə namizəd göstərilən E.Simmons iki dəfə Amerikan Musiqi Mükafatını qazanıb.
Son xəbərlər
Son Xəbərlər