Amerikalı rəsmi Türkiyə XİN-ə çağırıldı

amerikali-resmi-turkiye-xin-e-cagirildi
Oxunma sayı: 1808

ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnet Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, Kosnetin XİN-ə çağırılmasına səbəb Suriya ordusunun İdlibdə təhlükəsiz bölgə elan edilən ərazilərə hücum etməsidir.

Qeyd edək ki, dünən İran və Rusiyanın Türkiyədəki səfirləri də nazirliyə çağırılmış, Suriyanın hücumları dayandırması üçün müvafiq danışıqlar aparması tələb edilmişdi.